Modern.az

Universitetlərin boş qalan yerlərinə 888 gənc qəbul olunub

Universitetlərin boş qalan yerlərinə 888 gənc qəbul olunub

14 Avqust 2014, 12:51

Ali təhsil müəssisələrinin  boş qalan plan yerlərinə  və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə müsabiqənin nəticələri avqustun 14-də saat 12:00-dan etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytında yerləşdirilib.

TQDK-dan Modern.az-a verilən məlumata görə, müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 888 nəfər, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 5629 nəfər qəbul olub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı  “Abituriyent” jurnalının 9-cu sayında, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında dərc olunacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və  tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 15-dən 28-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, qeydiyyatdan keçən zaman tələb olunan sənədlər barədə məlumatı daxil olduğunuz təhsil müəssisəsindən əldə etməlisiniz.

Misranə Həsənzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu