“Tərcümə sahəsində müəyyən təcrübəmi nəzərə alaraq, mənə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə əməkdaşlıq təklif olunub. Lakin struktur hələ tam formalaşmayıb və hələlik mənim konkret hansı işlərlə məşğul olacağım da bəlli deyil”.
Bunu tanınmış jurnalist İlqar Əlfioğlu Modern.az saytına açıqlamasında Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində işləyəcəyi haqda yayılan xəbərlərə münasibət bildirərkən deyib.
İ.Əlfoğlu bildirib ki, hazırlıq işləri başa çatandan sonra, qurum yəqin ki, rəsmi açıqlama verəcək.
Modern.az