
Özünü qondarma “Luqansk Xalq Respublikası”nın rəhbəri elan edən Valeri Bolotov istefa verib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, onu “LXR”in müdafiə naziri İqor Plotnitski əvəz edəcək. Ukraynadakı Rusiyameylli qüvvələr 2014-cü il mayın 18-də “Luqansk Xalq Respublikası” elan edərək dövlət şurasına seçki də keçiriblər. Bolotov həmin şurada “LXR”in rəhbəri seçilmişdi.
Modern.az