Ovçuluq həm sənətdir, həm də asudə vaxtlarda insanların məşğul ola biləcəyi bir sahədir. Ov silahların alınmasında lisenziya yoxdur. Silah almaq üçün vətəndaş əvvəlcə Daxili İşlər Nazirliyinə müraciət etməlidir”. Bunu
Modern.az-a ovçuluq silahının alınması qaydalarına aydınlıq gətirərkən Ovçular və Balıqçılar Cəmiyyətinin sədri Füzuli Əşrəfov deyib. Onun sözlərinə görə, DİN-ə ərizə ilə müraciət edən vətəndaşın məhkumluğunun olub-olmaması yoxlanılır. Bununla yanaşı, vətəndaşın psixi-narkoloji qeydiyyatı da nəzərə alınır. “Əgər bunlardan heç biri vətəndaşda aşkar olunmursa, ona rəsmi icazə kağız verilir”.
F. Əşrəfov bildirib ki, həmin rəsmi kağız DİN tərəfindən verilir və “Forma-3” adlanır. Cəmiyyət sədri qeyd edib ki. ərizə formasında olan kağızda silahın alınma məqsədi də yazılır. Bundan sonra vətəndaşlar istənilən silah mağazasından silah ala bilərlər.
Məltəm Talıbazdə