İngiltərənin kral sarayı da klassik “gəlin-qaynana konflikti”nin əsirinə çevrilib. Belə ki, Kembric hersoginyası titulunu daşıyan Keyd Midltonun ailəsi ilə birlikdə Bukinqem sarayından köçmək istəməsi kraliça II Yelizavetanın etirazına səbəb olub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, kraliça tez-tez öz gəlinindən narazılığını bildirir. Xüsusən onun rəsmi tədbirlərdəki geyim üslubun bəyənmir.
Baş verən sonuncu hadisə isə İngiltərə kraliçasını tam mənada özündən çıxardıb. Belə ki, Keyt Midlton övladı şahazdə Georqun təbiətlə harmoniyada, şəhərdən uzaq olan Norfolk qraflığındakı Anmer-Holl malikanəsində böyüməsini istəyir. Onun fikrincə, gələn il həyat yoldaşı, şahzadə Uilyamın (II Yelizavetanın nəvəsi) Norfolkdakı tibbi-aviasiya bazasında xidmətə başlaması ailənin kral sarayını tərk etməsi üçün əlavə səbəbdir.
Lakin II Yelizaveta onların kral sarayını tərk etməsinə qarşı narazılığın bildirib və gəlini Midltonun təklifini qəbul etməyib. Xarici mətbuatın iddialarına görə, kral ailəsindəki bu gərginliyə şahazə Uilyam son qoya bilər. Yalnız onun qərarından sonra şahzadə ailəsinin kral sarayını tərk edib-etməməsi aydınlaşacaq.
Modern.az