Avqustun 14-də günortadan sonra yayılan bir iddianı bəzi kürd saytları gündəmə gətirib.
Modern.az “Milliyət”ə istinadən xəbər verir ki, hələlik təsdiq edilməyən o iddiaya görə, İŞİD lideri Əbubəkr əl-Bağdadi 250 zirehli avtomobil karvanı ilə Suriyaya doğru yola çıxıb. Bəzi iddialara görə, son vaxtlar ABŞ təyyarələrinin bombardımanına məruz qalmış və nəticədə zəifləmiş İŞİD lideri Suriyada özünü daha təhlükəsiz hiss edəcək.
Modern.az