Modern.az

Doktor Cavad Heyətlə vida mərasiminin vaxtı və onun dəfn yeri açıqlandı

Doktor Cavad Heyətlə vida mərasiminin vaxtı və onun dəfn yeri açıqlandı

14 Avqust 2014, 22:31


Avqustun 12-də dünyasını dəyişmiş və artıq 3 gündür Gömrük Hospitalının morqunda saxlanılan məşhur azərbaycanlı cərrah Cavad Heyətlə vida mərasiminin vaxtı məlum olub.

Mərhumun ailəsindən Modern.az saytına bildiriblər ki, doktor Cavad Heyətlə vida mərasimi sabah- avqustun 15-də saat 13.00-da Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavid prospektində yerləşən əsas binasındakı (metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığı) dairəvi zalında başlayacaq.

Mərhumun cənazəsi dəfn olunması üçün saat 17:00-dan qaldırılacaq. Dokror Cavad Heyət Bakıda – I Fəxri Xiyabanda dəfn ediləcək

Qeyd edək ki, C.Heyət vəsiyyətində Bakıda torpağa tapşırılmasını istədiyi bildirilirdi. Bununla yanaşı, onun Təbrizdəki “Şairlər məqbərəsi”ndə - ustad şair Şəhriyarın yanında dəfnolunma ehtimalı da vardə. Sonsa birinci variantın üzərində dayanıldı.
Məlumata görə, rəsmi Bakının İranın Azərbaycandakı səfirliyilə apardığı müzakirələrdən sonra mərhumun Fəxri Xiyabanda dəfni razılaşdırılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu