Modern.az

Saakaşvili axtarışa verildi

Saakaşvili axtarışa verildi

15 Avqust 2014, 01:06


Gürcüstanda ölkənin sabiq prezidenti Mixail Saakaşvili barəsində axtarış elan olunub.

“Qruziya-onlayn” saytının verdiyi xəbərə görə, o, Gürcüstan sərhədini keçən kimi saxlanılacaq.

 İyulun 28-də  Gürcüstan Baş Prokurorluğu Saakaşvili barəsində cinayət işinin başlandığını elan edib. Sabiq dövlət başçısına 2007-ci ilin oktyabrın 7-də müxalifət aksiyasının dağıdılması, “İmedi” telekanalını viran edilməsilə bağlı iş üzrə vəzifə səlahiyyətlərini aşmaqda qiyabi olaraq ittiham irəli sürülüb.

Bundan başqa, Gürcüstan Respublikası Baş Prokurorluğu onun 8,8 milyon lari (təxminən 5 milyon ABŞ dolları) miqdarında dövlət vəsaitini mənimsədiyini iddia edir.

Saakaşvilinin adı həmçinin 2005-ci ildə Gürcüstan Parlamentinin deputatı Valeri Qelaşvilinin döyülməsinin təşkilində çəkilir. Bu işin digər iştirakçısının isə keçmiş baş nazir Vano Merabişvilinin olduğu bildirilir (APA).

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu