İraqın baş naziri Nuri əl-Maliki vəzifəsindən imtina edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, vəzifəsinin icrasını müvəqqəti olaraq Heydər Əl-İbadiyə həvalə edib.
Maliki bildirib ki, bu vəzifədən İraqın yüksək inkişafı və qazanılacaq mənfəətləri üçün imtina edib.
Onun fikrincə, Heydər Əl-İbadiyə bu işin öhdəsindən daha yaxşı gələcək.
Xatırladaq ki, avqustun 11-də yeni prezident Fuad Maasum baş nazir postuna Heydər əl-Abadini təyin edərək ona hökuməti 30 gün ərzində formalaşdırmağı tapşırıb. Nuri əl-Maliki isə ölkə prezidentinin yeni baş nazir təyinatı ilə razılaşmamaışdı.