Modern.az

Səlim Babullaoğlu ədəbi tərcümələrdən narazıdır: “Ad çəkmək üçün gərək yaddaşı işə salam”

Səlim Babullaoğlu ədəbi tərcümələrdən narazıdır: “Ad çəkmək üçün gərək yaddaşı işə salam”

Ədəbiyyat

15 Avqust 2014, 10:10


“Kitabları mütəxəssislər, peşəkarlar tərcümə etməlidir. Gənc tərcüməçilər isə bu sahədə təcrübə keçməlidirlər”. Bunu Modern.az-a açıqlamasında şair, tərcüməçi Səlim Babullaoğlu deyib.

Son zamanlar kitab tərcümə edənlərin sayı artsa da, keyfiyyətdə ciddi problemlər yaşanır. Çünki, kitab tərcümələri ilə dilin incəliklərini bilən, kitabları bədii deyil, hərfi tərcümə edənlər məşğul olurlar. Səlim Babullaoğlu deyir ki,   kitabların yaxşı tərcümə olunanı da, pis tərcümə olunanı da var:

“Gənc tərcüməçilər təcrübə proqramları keçməlidir. Tərcüməyə kiçik həcmli əsərlərlə başlamalıdırlar. Gənclərlə ixtisaslaşmış, peşəkar tərcüməçilər işləməlidir. Onların tərcümələrini redaktə etməlidir. Müəyyən yaradıcı emalatxanalar təşkil olunmalıdır. Onlar orda ixtisaslaşmalıdırlar”.

S. Babullaoğlu bildirib ki, kitab tərcümələri hər-hansı bir qanunla tənzimlənə bilməz: “Kimsə oturub evində tərcümə edəcəksə, bunun üçün gedib kimdənsə icazə almalıdır? Onda sabah qərar verək ki, şeir yazmaq haqqında qanun çıxsın. Tutaq ki, mən bir şeiri oxuyuram, heç tərcüməçiliyə də iddiam yoxdur. Bir fransız şairinin şeirini xoşuma gəlir. Onu tərcümə etmək üçün gedib kimdənsə icazə almalıyam?!“.

Tərcüməçi həmçinin gənc nəsil tərcüməçilər arasında bəyəndiyi şəxslərin də olduğunu dedi: “Gənc nəsil tərcüməçiləri bəyənirəm, xoşuma gəlirlər. Rövşən Ramizoğlunu bəyənirəm, Qismətin poeziya tərcümələrinin bir qismi, Fərid Hüseynin bəzi tərcümələri xoşuma gəlir. Hələ bir neçəsinin də adını çəkə bilərəm, amma yaddaşı işə salmaq lazımdır”.

Rüfanə GÜNƏŞ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi