Belarus, Rusiya və Qazaxıstan prezidentləri Aleksandr Lukaşenko, Vladimir Putin və Nursultan Nazarbayev Minskdə Ukraynanın dövlət başçısı Pyotr Poroşenko ilə görüşməyə hazırdırlar. Modern.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, Lukaşenko deyib ki, müzakirə mövzusu Ukraynanın Avropa İttifaqı ilə imzaladığı assosiasiya sazişi olacaq.
Qeyd edək ki, bundan əvvəl Rusiya, Belarus və Qazaxıstanın rəhbərləri telefonla Ukraynadakı situasiyanın tezliklə sülh yolu ilə nizamlanması imkanlarını müzakirə ediblər.
Modern.az