Müdafiə Nazirliyindən cəbhədəki son hadisələr zamanı obyektiv mövqe sərgiləyən Modern.az xəbər portalına təşəkkür məktubu daxil olub. Nazir müavini Kərim Vəliyevin imzaladığı məktubda Modern.az-ın qoşunlarım təmas xəttindən ictimaiyyəti maraqlandıran məlumatların operativ şəkildə əldə olunaraq, KİV-də işıqlandırılmasında, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun yüksəldilməsində və əhalinin Orduya inamının artırılmasında fəal iştirakı yüksək qiymətləndirilib. Müdafiə Nazirliyinin rəhbərliyi adından bu fəaliyyətinə görə Modern.az xəbər portalının baş direktoru Elşad Eyvazlıya təşəkkür edib.
Modern.az