“Mətbuat Şurasının sentyabrın birinci yarısında başlayacaq iclaslarında ən birinci müzakirəyə çıxarılan məsələlərdən biri bu yaxınlarda cəbhələrdə baş verən hadisələr və bu hadisələr fonunda jurnalistlərin fəaliyyətidir. Çox güman ki, Mətbuat Şurası cəbhə hadisələrinin təqdimatında düz və səhv məqamlar, nələrə fikir vermək lazımdır və s. məqamlarla bağlı tövsiyə xarakterli qərarlar qəbul edəcək”.
Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının sədri, deputat Cavanşir Feyziyev deyib.
Onun sözlərinə görə, Mətbuat Muzeyinin yaradılması da müzakirə olunacaq məsələlər sırasındadır: “Bundan başqa iclaslarda Mətbuat Muzeyinin yaradılması barədə fikir mübadiləsi aparılacaq. Mətbuat Şurasında sənədli filmlər festivalı təsis etmək kimi bir ideya var. Amma hələ bu ideya müzakirə olunmayıb. Yəqin ki, o da müzakirəyə çıxarılacaq”.
Misranə Həsənzadə