Modern.az

Bakıda gecə nəqliyyatı: ekspert və nazirliyin sözçüsü bunu mümkün hesab edir

Bakıda gecə nəqliyyatı: ekspert və nazirliyin sözçüsü bunu mümkün hesab edir

Təhsil

15 Avqust 2014, 15:37


“Bakıda gecələr sərnişin avtobuslarının işləməsi üçün ayrıca qanuna ehtiyac yoxdur. Marşrutu verən şirkətlə əvvəlcədən bunu müəyyənləşdirmək lazımdır. Hazırda Azərbaycanda faktiki olaraq gecə nəqliyyatı yoxdur. Lakin daşıma şirkəti ilə əvvəlcədən razılaşma yolu ilə bunu etmək mümkündür”.

Bunu Modern.az-a nəqliyyat üzrə ekspert Əlişad Ələsgərli deyib. Onun sözlərinə görə, Azərbaycanda ictimai nəqliyyatda biabırçı vəziyyət mövcuddur: “Avtobuslarda bu daha çox nəzərə çarpır. Avtobus sürücüləri heç bir qanuna əməl etmirlər. Qanunvericiliyə görə, gün ərzində heç bir sürücü 8 saatdan artıq işləyə bilməz. O iş vaxtı qurtaranda növbəni başqasına təhvil verib dincəlməlidir. Azərbaycanda nəqliyyat şirkətləri onlara əmək haqqı vermirlər. Sürücülər isə avtobusları ata-baba malları kimi verirlər. Onlar da qazanclarını şirkətlə bölüşür. Bunun nəticəsində onlar qanuna əməl etmir və qrafiki pozurlar”.

Ekspert bildirib ki, “Sərnişin və yük daşıma haqqında” Qanunda marşrutların əvvəlcədən razılaşma yolu ilə iş qrafıkı  və müəyyən küçələrdə hərəkətin təmin  olunması qeyd edilib.

Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov isə hazırda elə bir qanunun qəbul olunmasının gözlənilmədiyini deyib.

O deyib ki, Azərbaycanda avtobuslar əslində gecə saat 12-yə qədər işləməlidir: “Lakin bəzi avtobuslar bu qanunu pozurlar. Ona görə də əvvəlcə bunu tənzimləmək lazımdır. Sonra gecə avtobusları barədə düşünmək olar”.  

Məltəm Talıbzadə

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu