Modern.az

Elgiz Əkbər: “Oğurlanan uşağa görə istintaqda ifadə verməyə hazıram”

Elgiz Əkbər: “Oğurlanan uşağa görə istintaqda ifadə verməyə hazıram”

Təhsil

15 Avqust 2014, 15:42

“Bu məsələ ilə bağlı mən istintaqa çağırılmamışam. Amma çağırılsam da belə, çox böyük məmnuniyyətlə ifadə verməyə hazıram”. Bunu Modern.az-a ANS telekanalının tanınmış aparıcısı Elgiz Əkbər söyləyib. Aparıcı eyni zamanda oğurlanmış uşağa görə narahat olduğunu, onun tezliklə tapılması üçün dua etdiyini bildirib.

““Adam içində”, “Toy olsun” verilişinin təşkilatçılığı ilə ailə quran, övlad sahibi olan ailələrin hər biri və övladı bizə əzizdir. Aysel Əhmədova və övladı da həmçinin. Ana olan zaman da bizə müraciət etmişdi. Mən həmin uşaqları özümün mənəvi övladım hesab edirəm.

Bildiyimə görə, konkret olaraq oğurluqda şübhəli bilinən qadının görüntüləri yayılıb. Ümid edirəm ki, çevik istintaq qrupları tez bir zamanda körpəni sağ-salamat tapıb ailəsinə təhvil verəcəklər”.

E. Əkbər Aysel Əhmədova ilə şəxsən tanış olmadığını da vurğulayıb: “Verilişin son buraxılışında onu da dəvət etmişdik. Gəlib öz körpəsilə iştirak etmişdi. 2 aydır ki, mən onu görməmişəm. O ki, qaldı mənim ifadə vermək üçün çağırılmağıma, belə bir şey olmayıb. Sadəcə əməliyyatçılar mənim çalışdığım ANS telekanalına gəlib hadisə barədə məni məlumatlandırıblar”.

Qeyd edək ki, A.Əhmədovanın 2 aylıq körpəsi dünəndən etibarən itib. Onun sarı saçlı bir qadın tərəfindən oğurlandığı ehtimal olunur.

Məlumat üçün bildirək ki, Aysel Əhmədova oğurlanan körpəsini dünyaya gətirmək üçün teleaparıcı Elgiz Əkbərin ANS kanalında yayımlanan “Adam içində” verilişindən kömək istəyib. Verilişə çıxan qadın uşağını dünyaya gətirmək üçün doğum evindən pul istədiklərini deyib. O da maddi imkanı olmadığından bu verilişə müraciət edib. Həmin verilişin sayəsində qadına müəyyən maddi yardım göstərilib.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu