Modern.az

Qarabağ əlilinin iradlarını Təhsil Nazirliyi də haqlı saydı

Qarabağ əlilinin iradlarını Təhsil Nazirliyi də haqlı saydı

Təhsil

15 Avqust 2014, 15:49


Qarabağ əlili, jurnalist Rey Kərimoğlunun Modern.az-a verdiyi açıqlamada bir sıra universitetlərdə Qarabağ əlili olan ailələrin övladlarından təhsil haqqı tələb edildiyi deyilib. Sözügedən ali məktəblər sırasında Gəncə Dövlət Universiteti, Kooperasiya Universiteti və İqtisad Universitetinin adları çəkilib.

Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, Prezidentinin sərəncamı birmənalı şəkildə təhsil müəssisələri tərəfindən icra olunmalıdır: “Prezidenti İlham Əliyevin18 mart 2014-cü il tarixində imzaladığı  Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Təhsil Nazirliyi tərəfindən bütün ali təhsil müəssisələrinə göndərilib”.

Cavabda qeyd olunur ki, sərəncamdan irəli gələn məsələlər birmənalı şəkildə təhsil müəssisələri tərəfindən icra olunmalıdır. “İstənilən ali təhsil müəssisəsində yaranan anlaşılmazlıqla bağlı tələbələr Təhsil Nazirliyinə müraciət etməlidir. Şikayət dərhal araşdırılacaq və operativ həll olunacaq”.  

Gülşən RAUFQIZI  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu