Modern.az

QMİ zəvvarların Həccə VİP təyyarələrlə aparılacağını təsdiqləmədi

QMİ zəvvarların Həccə VİP təyyarələrlə aparılacağını təsdiqləmədi

Təhsil

15 Avqust 2014, 15:52



“Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarların VİP təyyarələrlə aparılacağı haqqında xəbərlərlə bağlı bildiririk ki, bu tam təsdiqlənməmiş xəbərdir”.  Bunu Modern.az-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib. Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri hal-hazırda aviaşirkətlə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanında ezamiyyətdədirlər.
“Yaxın günlərdə danışıqlar bitdikdən və muvafiq müqavilə imzalandıqdan sonra mətbuat vasitəsilə ictimaiyyətə bu barədə ətraflı açıqlama veriləcək”.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu