Modern.az

Nəsib Nəsibli Müsavatdan getməyib - başqan müavini

Nəsib Nəsibli Müsavatdan getməyib - başqan müavini

Təhsil

15 Avqust 2014, 15:58


“Nəsib Nəsibli Müsavat Partiyasından ayrılmayıb”. Bunu Modern.az-a Müsavat Partiyası  başqanının müavini Gülağa Aslanlı deyib: “O,  partiyanın sıravi üzvüdür. Sadəcə, elmi-tədqiqat işi ilə əlaqədar Müsavatla əlaqələri bir qədər zəifləyib. Ona görə də partiyanın tədbirlərindən kənarda qalır. Müsavatın qurultayında iştirak edib-etməmək isə Nəsib Nəsiblinin öz səlahiyyəti daxilindədir”.

  Qeyd edək ki, Nəsib Nəsibli 2005-ci ildə Milli Məclisin deputatı seçilib. Son vaxtlar Müsavatın tədbirlərində görünməməsi onun partiyanı tərk etməsi ilə bağlı xəbərlərin yayılmasına səbəb olub.  

Namidə BİNGÖL

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu