Modern.az

Tanınmış simalar Cavad Heyətlə vida mərasiminə qatıldılar - FOTOLAR

Tanınmış simalar Cavad Heyətlə vida mərasiminə qatıldılar - FOTOLAR

Təhsil

15 Avqust 2014, 16:25

Bu gün Elmlər Akademiyasında mərhum Cavad Heyətlə vida mərasiminə bir çox tanınmış simalar iştirak edib. Modern.az xəbər verir ki, Cavad Heyətin anma mərasimində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, BDU-nun rekroru, akademik Abel Məhərrəmov, Bilik Fondunun rəhbəri Kamal Abdulla, xalq şairi Fikrət Qoca, Nizami Cəfərov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak ediblər Cavad Heyətin ölümündən çox mütəəssir olduqlarını deyiblər:

Mərkəzi Seçki Komissiyasını sədri Məzahir Pənahov: “Cavad Heyət hər iki ölkənin dəyərli şəxsi idi. Onun yaratdığı “Varlıq” jurnalı Azərbaycan xalqının ədəbi-mədəni irsidir. Bütün xalqımıza başsağlığı veririəm”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov: “Bütün dünya Azərbaycanlılarının dərin hüznlə başsağlığı verirəm. Çox dəyərli bir şəxsiyyəti itirdik”. Milli Məclisin deputatı Nizami Cəfərov: “Cavad Heyət təkcə həkim kimi deyil. Türkologiyaya gətirdiyi dəyərli töhvələrlə də yaddaşlarda qalacaq. Allah rəhmət eləsin”.

 

Məltəm Talıbzadə


Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu