Modern.az

Qızıl Xaç Komitəsi: “Erməni və azərbaycanlının meyitlərinin qaytarılmasına vasitəçi olmağa çalışırıq”

Qızıl Xaç Komitəsi: “Erməni və azərbaycanlının meyitlərinin qaytarılmasına vasitəçi olmağa çalışırıq”

Təhsil

15 Avqust 2014, 16:34

“Ümumiyyətlə Beynəlxalq Qızıl Xaç Komitəsi meyitlərin geri qaytarılması prosesində vasitəçi ola bilər”. Bunu Modern.az-a Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. Onun sözlərinə görə, meyitin qaytarılması üçün ilk növbədə tərəflər razılığa gəlməlidir.

“Beynəlxalq Qızıl Xaç Komitəsi hər iki tərəflə məxfi dialoqları davam etdirir. Tərəflər razılığa gələndən sonra Beynəlxalq Qızıl Xaç Komitəsi meyitlərin qaytarılma prosesində vasitəçi olaraq iştirak edəcək”.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan erməni kəşfiyyat-diversiya qrupunun Tovuzda əsir düşən hərbçisi Karen Petrosyanın cəsədini dəyişmək istədiklərini bəyan edib.

Məlumat üçün bildirək ki, Karen Petrosyan avqustun 7-də Tovuzda əsir götürülüb. Bundan sonra o, saxlanıldığı kamerada ürək çatışmazlığından  vəfat edib. 

Bundan əvvəl isə Kəlbəcərdə erməni silahlı birləşmələri Cəbrayıl sakini Həsən Həsənovu girov götürərək öldürüb, onun meyitini Dağlıq Qarabağda dəfn ediblər. Daha iki azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyev isə hazırda erməni girovluğundadır.  
BQXK indiyə qədər onlara 3 dəfə baş çəkib, girovları ailələri barədə məlumatlandırıb. Onların məktubunu da ailələrinə çatdırıb.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu