Modern.az

Afaq Bəşirqızı ad gününü xarici ölkədə qeyd edir

Afaq Bəşirqızı ad gününü xarici ölkədə qeyd edir

Təhsil

15 Avqust 2014, 18:12


“Artıq ad günümü qeyd etməyə başlamışıq. Azərbaycanda deyiləm. Həyat yoldaşım, dostlarım, məni sevənlərlə birgə xarici ölkələrdən birindəyik”. Bu barədə Modern.az-a bu gün 59 yaşını tamamlayan xalq artisti Afaq Bəşirqızı danışdı.

Nəvələri yanında olmasa da? tez-tez onlarla telefon əlaqəsi saxladığını deyən aktrisamızın səsindən də xoşbəxtliyi hiss olunurdu. “Nəvələrim yanımda deyil, tez-tez danışırıq.

Amma harada olduğumu deməyəcəm, qoy sirr qalsın”. Modern.az kollektivi olaraq dəyərli sənətkarımıza can sağlığı, uzun ömür, yaradıcılıq uğurları arzulayırıq, hər zaman səhnəmizdə olasınız deyirik.  

Gülşən RAUFQIZI



 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu