Modern.az

Ərdoğan rəsmən prezident élan olundu

Ərdoğan rəsmən prezident élan olundu

16 Avqust 2014, 00:47

Türkiyə Ali Seçki Komissiyası Baş nazir, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsinə dair rəsmi sənədi təsdiqləyib.

Komissiyanın sədri Sadi Güven sənədi avqustun 15-də Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyə təhvil verib.
S.Güvenin verdiyi məlumata görə, “Prezidentlik şəhadətnaməsi” Rəcəb Tayyib Ərdoğana avqustun 28-də Türkiyə Böyük Millət Məclisində Cəmil Çiçək tərəfindən təqdim olunacaq.

Modern.az saytı “CNNtürk”ə istinadən xəbər verir ki, Türkiyə Ali Seçki Komissiyası 15 avqust president seçkilərindəki səsvermənin nəticələrini aşağıdakı kimi élan edib:
Rəcəb Tayyip Ərdoğan 51.79%,
Ekmələddin İhsanoğlu 38.44%,
Səlahattin Demirtaş 9.76%



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi