Polşanın Qdnask şəhəri Şərqi Avropa ölkələrinin gənclərdən ibarət yeni orkestr üzvlərinin ən uyğun yeri hesab olunur. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, orkestr “İ, CULTURE” gərgin siyasi strukturun mədəniyyət qolu hesab olunur. Bu orkestrin yaşı 18-dən 28-dək olan musiqiçiləri “Şərq tərəfdaşlığı” ölkələri, yəni keçmiş sovet respublikaları - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanı təmsil edirlər. Orkestrin üzvləri bir-biri ilə polyak, Ukrayna, rus, ingilis, Azərbaycan və erməni dillərində danışırlar. 2011-ci ildə yaradılan orkestr beynəlxalq turneyə çıxmağa hazırlaşır.
Modern.az