Modern.az

4 yaşlı “Qafqazinfo”nun baş direktoru: “Gələcək planlarımı açıqlaya bilmərəm”

4 yaşlı “Qafqazinfo”nun baş direktoru: “Gələcək planlarımı açıqlaya bilmərəm”

16 Avqust 2014, 11:24

“Kollektivin bir qrupu məzuniyyətdədir. Saytımızın doğum gününü iş başında olanlarla qeyd edirik. Axşam da tədbirimiz var”. Bunu Modern.az-a açıqlamasında avqustun 16-da 4 yaşı tamam olan “Qafqazinfo” saytının baş direktoru Elbrus Ərud deyib.

O, saytla bağlı gələcək planlarından da danışıb: “Gələcək planlarımı açıqlaya bilmərəm. Zatən plan açıqlanan məsələ deyil. Ancaq mənə “Qafqazinfo”nun inkişafı lazımdır və inkişaf da edir. Hələ yaranan gündən saytın başı yuxarıdır, aşağı deyil. Yəni işləyirik, “Qafqazinfo” da uğurla inkişaf edir. Daha yaxşı olmaq üçün islahatlar aparmaq, mövqeyimizi, texniki bazamızı gücləndirmək, kompüterlərimizi yeniləmək, kollektivi gücləndirmək - bunların hamısını həyata keçiririk”.

Modern.az saytı olaraq həmkarlarımızı 4 yaşları münasibətilə təbrik edirik...

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi