Rusiya dünyanın 10 ən davakar dövlətlərindən biridir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu reytinqi Avstraliyanın İqtisadiyyat və Sülh İnstitutu müəyyən edib. Rusiya ilə yanaşı davakar dövlətlər sırasında müxtəlif münaqişələrə bulaşan Somali, İraq, Pakistan və digərləri də var. Araşdırmaçılar qeyd edirlər ki, bu ölkələrdə terror aktları da törədilir və cinayətkarlığın səviyyəsi də yüksəkdir. 150-dən çox ölkənin adı çəkilən siyahıdan məlum olur ki, yalnız 11 dövlət heç bir hərbi fəaliyyətlə məşğul olmur.
Xatırladaq ki, dünyada Rusiyanı daha çox prezident Vladimir Putinə görə sevmirlər.
Modern.az