Modern.az

Ohanyan müxalifətlə Azərbaycan sərhəddinə gəldi

Ohanyan müxalifətlə Azərbaycan sərhəddinə gəldi

Təhsil

16 Avqust 2014, 15:15


Ermənistanın müdafiə naziri Seyran Ohanyan, parlament sədri Qalust Saakyan Azərbaycanla sərhəddə yola düşüblər. Modern.az saytı Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, onlar bu gün Tauş rayonuna gediblər. Qrupla birgə Ermənistan parlamentinin altı fraksiyası da cəbhə xəttinə yollanıb.

Hakim Respublika Partiyasından olan fraksiyanın katibi Qaqik Melikyanla yanaşı, müxalifət təmsilçiləri də sərhəddə gediblər. Hakimiyyətə müxalif olan “Çiçəklənən Ermənistan”, “İrs” Partiyası farksiyasının rəhbəri Ruben Akopyan, “Daşnaksütyun” Partiyasından Armen Rustamyan, “Orinaç Yerkir”dən deputat İşxan Xaçatryan, Erməni Milli Konqresi fraksiyasının başçısı da nümayəndə heyətinin tərkibində iştirak edir.

“Çiçəklənən Ermənistan” Partiyasının  deputatı Qurgen Arsenyan bildirib ki, nümayəndə heyəti sərhəddə yerləşən hərbi hissələrə baş çəkəcək və burada  yaşayan sakinlərlə görüşəcək  

Aqşin Kərimov  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu