Modern.az

Poroşenko Merkeli Ukraynaya dəvət etdi

Poroşenko Merkeli Ukraynaya dəvət etdi

Təhsil

16 Avqust 2014, 22:05


Ukrayna prezidenti Pyotr Poroşenko ilə  Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub. Modern.az saytı xəbər verir ki, məlumatı Ukrayna prezidentinin mətbuat xidməti yayıb.

Pyotr Poroşenko Almaniya kansleri ilə Ukraynanın Donbass vilayətindəki gərgin vəziyyəti müzakirə edib. O, Avropa Birliyi ölkələrinin Avropa Şurasının növbəti -30 avqust  iclasında Ukrayna məsələsini diqqətdə saxlayacaqlarına ümid etdiyini bildirib.

Ukrayna dövlət başçısı Angela Merkelə Almaniyanın ölkəsinə verdiyi dəstəyə görə təşəkkür edib.  O, Merkeli gələn həftə üçün Ukraynaya da dəvət edib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu