“İslam Dövləti” adlı terrorçu qruplaşma (əvvəlki adı İraq Şam İslam Dövləti- İŞİD) son iki həftə ərzində Suriyada 700 dinc insanı edam edib.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, edam edilənlərin böyük əksəriyyəti “Əş-Şəitat” tayfasına məxsus olan sivil vətəndaşlardır.
Qeyd edək ki, məlumatı hüquq müdafiə təşkilatı olan Suriya İnsan Hüquqlarının Monitorinq Qrupu yayıb.
Modern.az