Rusiyanın Ukraynanın cənub-şərq regionuna göndərdiyi humanitar yük karvanı Kremlin hərbi müdaxiləsi kimi qiymətləndirildiyi bir zamanda Kiyev hakimiyyəti fərqli mövqe sərgiləyib.
Modern.az saytı xəbər verir ki, Ukrayna hakimiyyəti Rusiyanın bu addımlarını Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında Ukraynaya göndərilən humanitar yük kimi dəyərləndirib.
Ukrayna hökumətinin saytında bildirilib ki, ölkənin sosial siyasət naziri Lyudmila Denisova karvanın humanitar yük olması ilə bağlı əmr də imzalayıb.Qeyd edək ki, Rusiyanın humanitar yük adı altında əslində separatçılara silah-sursat daşıdığı iddia olunurdu. Rusiya Donetsk və Luqansk bölgələri üçün 280 maşından ibarət yük maşını yollayıb və bunu humanitar yardım olduğunu bəyan edib.
Modern.az