Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş kəşfiyyatçı “İslam Dövləti”nin İsrailin bölgədə təhlükəsizliyini qoruduğunu bildirib. Keçmiş agent qeyd edib ki, Yaxın Şərqdə İsrail əleyhinə olan qruplar bir-birləri ilə döyüşə girməklə əslində rəsmi Təl-Əvivin maraqlarına xidmət edirlər.
Edvard Snouden bildirib ki, ABŞ, İsrail və Böyük Britaniya dünyadakı bütün terroru “eşşək arısı yuvası” adlı strateji planla bir araya gətirmək istəyir.Qeyd edək ki, Edvard Sonuden məxfi məlumatları sızdırdığı üçün ABŞ-dan qaçaraq Rusiyaya sığınıb.
Aqşin Kərimov