Modern.az

Gözəllər partiyası yarandı

Gözəllər partiyası yarandı

15 İyul 2010, 09:28

Rumıniyada qeyri-adi siyasi partiya yaranıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, yalnız gözəl modellər bu partiyanın üzvləri ola bilərlər. Partiyanın lideri Sanziana Buruyana tipik siyasətçi imicini təzələməyə ümid edir.  “Biz şişman deputat və siyasətçilərdən qurtulmaq istəyirik”,-deyə ölkədə tanınan model bildirib. Başqa sözlə, Sanziana gözəlliyi siyasətə transfer etmək niyyətindədir.

Buruyana sərt qaydalar tətbiq edəcək: Onun partiyası qalib gələcəyi təqdirdə parlamentin şişman deputatları hər ay 10 avro cərimələnəcək. 23 yaşlı model ailə xəyanətlərinə qarşı sərt tədbirlər görəcək. Bu tədbirlər kişilərə aid olacaq və xanımlarına  xəyanət edən kişi deputatlar 100 avro cərimələnəcək. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI