Modern.az

Mehriban Əliyeva ağacların kəsilməsinə kəskin reaksiya verdi

Mehriban Əliyeva ağacların kəsilməsinə kəskin reaksiya verdi

17 Avqust 2014, 19:49


Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonu ərazisində nadir ağacların kəsilməsinə kəskin reaksiya verib.

Heydər Əliyev Fondundan Modern.az-a verilən məlumta görə  bu gün kütləvi informasiya vasitələrində Nəsimi rayonu, 20 Yanvar küçəsi, 22 nömrəli evin qarşısında 16 növdə nadir ağacların budama adı altında kəsilməsi barədə məlumat gedib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Fondun əməkdaşları Nəsimi rayonu 20 Yanvar küçəsində ağacların kəsildiyi ərazidə olublar. Artıq qeyd olunan ünvanda ağacların kəsilməsi prosesi dayandırılıb. Dövlət nümayəndələri də ərazidə olublar.

Hadisə ilə bağlı ciddi araşdırmaya başlanılıb.

Modern.az  


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu