Suriya Hərbi Hava Qüvvələri bu gün “İslam Dövləti” adlı terrorçu təşkilatın hərbi bazalarına raket zərbələri endirib.
Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Suriyanın Rakka vilayətində “İslam Dövləti”nin bazalarının vurulması nəticəsində terrorçu qruplaşmanın ən azı 30 döyüşçüsünün öldüyü bildirilir.
Lakin dinc sakinlərin də raket zərbələrindən zərər çəkdiyi qeyd olunub.
Modern.az