Ukrayna radikal millətçi qruplaşması olan “Sağ Sektor” Kiyevə silahlı yürüş fikrindən imtina edib. Modern.az saytı rus mənbələrinə istinadən xəbər verir ki, bu haqda təşkilatın informasiya bölməsinin rəhbəri Borislav Beryoza məlumat verib. Onun sözlərinə görə Kiyevə silahlı hücumla əlaqədar verdikləri bəyanat vaxtsız olub.
Təşkilatın lideri Dmitri Yaroş isə bildirib ki, “Sağ Sektor” Ukraynanın şərq vilayətlərində döyüşməklə ölkə rəhbərliyinin tələblərini yerinə yetirib. “Tutulma, döyülmə və bizim üzvlərə qarşı işkəncə faktları var idi. Bu, daxili işlər nazirinin müavini Vladimir Yevdomikovun əmrinə görə olurdu. Ona görə də bizim bəyanat bir qədər emosional idi. Bizə bildirdilər ki, Nazirlər Kabinetində Yevdokimovun vəzifədən azad edilməsi məsələsinə baxılır. Ümid edirik ki, onun istefası haqqında qərar qəbul ediləcək”Qeyd edək ki, bir müddət öncə Ukrayna daxili işlər naziri Arsen Avakov “Sağ Sektor” u 32 nəfərin ölümünə görə oyunbazlıqda ittiham etmişdi. Təşkilat isə buna cavab olaraq Kiyevə silahlı yürüş edəcəyini bəyan etmişdi.
Modern.az