Modern.az

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycandadır - FOTOLAR

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycandadır - FOTOLAR

18 Avqust 2014, 00:25

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə 2014-cü ilin 16-18 avqust tarixlərin­də İran İslam Respublikası Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzainin rəhbərlik etdiyi nüma­yəndə heyəti ölkəmizə səfər edib.

Dövlət Sərhəd Xidmətindən Modern.az-a verilən məlumata görə 17 avqust 2014-cü il tarixdə Döv­lət Sərhəd Xidmətinin Apa­ratında general-mayor Qasım Rzainin təntənəli qarşılanma məra­simi keçiri­lib. Rəsmi protokola uyğun olaraq, İran İslam Respublikası Sərhəd Qo­şun­­la­rının Komandanı şərəf kitabına ürək sözlərini yazıb.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İran İslam Respublikası Sər­həd Qoşunlarının Komandanı general-mayor Qasım Rzainin rəhbərlik etdikləri nümayən­də heyətləri arasında geniş tərkibdə keçirilmiş görüşdə Azərbaycan-İran dövlət sərhədində və sərhəd keçid məntəqələrindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb və  hər iki qurum arasında əməkdaşlığın möv­cud durumu və perspektivləri müzakirə olunub.

Müzakirələr zamanı qurumlar arasında əməkdaşlığın inkişaf dinamikası müsbət qiymətləndirilib.  Dövlət sərhədindən qaçaq­malçılığa, trans­sər­həd­ cinayətkarlığa qarşı, eləcə də digər qeyri-qanuni fəaliyyət­lə­rin qarşı­sı­­nın alınması üzrə qarşılıqlı əlaqələrin genişləndiril­mə­si­nin vacibliyi vurğulanıb. Səfər çərçivəsində İran nümayəndə heyəti Bakı şəhərinin mədəni-tarixi yerləri ilə tanış edilib.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

 

Modern.az

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu