Berlində Rusiya, Almaniya, Fransa, Ukrayna xarici işlər nazirlərinin görüşünün nəticəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Modern.az saytı rus KİV-nə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədə bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Ukrayna böhranı ilə aparılan danışıqlarda müəyyən irəliləyiş əldə edilib. Rusiya XİN qeyd edib ki, nazirlər Ukrayna böhranınbın bütün aspektlərini müzakirə ediblər və silahlı münaqişənin tezliklə dayandırılması, sərhəddə nəzarətin təminatları məsələlərinə də toxunulub.
Bu formatda dialoqu davam etdirməklə Rusiyanın, Almaniyanın, Fransanın və Ukrayna lidelərinin müzakirəsi üçün konkret təkliflər təqdim edilə bilər”,-deyə Rusiya XİN bildirib.
Aqşin Kərimov