Cari ilin 01 iyul tarixinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri (ƏSMM) tərəfindən “Xalq” fəxri adına görə 161 nəfərə, “Əməkdar” fəxri adına görə 1781 nəfərə Azərbaycan Respublikasının Prezidentinin aylıq təqaüdü təyin olunub.
Bu barədə Modern.az saytına nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidentinin 26 avqust 2013-cü il tarixli Sərəncamına əsasən, fəxri adlara görə aylıq təqaüdlərin məbləği ötən ilin 01 sentyabrından iki dəfə artırılıb. Həmin fəxri adları alan şəxslər Prezidentin aylıq təqaüdləri ilə büdcə təşkilatlarında işlədikləri həmin təşkilatlar, işləmədikləri və ya qeyri-dövlət sektoruna aid müəssisədə işlədikləri halda rayon (şəhər) ƏSMM-ləri tərəfindən təmin olunurlar.
Modern.az