“İnternews Azərbaycan” İctimai Birliyinin qərarı ilə məzuniyyətimiz bir həftə uzadılıb. “Mediaforum.az” saytının hər hansı bir maliyyə problemi yoxdur. Hansısa bir problem varsa, “İnternews Azərbaycan” İctimai Birliyi ilə bağlı ola bilər".Bunu Modern.az-a açıqlamasında “Mediaforum.az” saytının baş redaktorunun müavini Hikmət Sabiroğlu saytın hazırda fəaliyyət göstərməməsinin səbəbini izah edərkən deyib.
O bildirib ki, sadəcə, qeyri-hökumət təşkilatları ilə bağlı müəyyən problemlər var. H. Sabiroğlunun sözlərinə görə sayt bir həfətədən sonra fəaliyyətini davam etdirəcək. "O problemlər həll olunur. Bir həftədən sonra sayt fəaliyyətinə davam edəcək”.
Misranə Həsənzadə