Səudiyyə Ərəbistanından olan şahzadənin maşın karvanı Parisin girəcəyində silahlı şəxslərin hücumuna məruz qalıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmasa da, quldurlar 250 min avro pulu, Səudiyyə Ərəbistanı səfirliyinə məxsus olan avtomobili və bır sıra diplomatik sənədi ələ keçirərək ərazini tərk ediblər. Maşın karvanında olan səudiyəli şahzadsənin adı açıqlanmır. Faktla bağlı Fransa polisi araşdırma aparır.
Xatırladaq ki, Parisin şimal səmtindəki şosse tez-tez kriminal xronikada hallanır. Bundan öncə, 2010-cu ilin fevralında Kiyev meri Leonid Çernovetskinin qızı Kristina həmin ərazidə hücuma məruz qalmışdı. Yolda tıxacın olmasında istifadə edən quldurlar mer qızının içərinisndə 4,5 milyon avro dəyərində qızıl-zinət əşyalarının olduğu əl çantasını oğurlamışdılar.
Modern.az