Modern.az

Bakıda ağacların kəsilməsi ilə bağlı cinayət işi açılmayıb

Bakıda ağacların kəsilməsi ilə bağlı cinayət işi açılmayıb

Təhsil

18 Avqust 2014, 13:05


“Ağacların kəsilməsi məsələsi ilə bağlı araşdırmalar aparılır. Araşdırma yekunlaşandan sonra bu barədə məlumat veriləcək”. Bunu Modern.az-a Nəsimi rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Ramin Xəlilov deyib. Sektor müdirinin sözlərinə görə, araşdımaların nəticəsi bəlli olanda bütün ictimaiyyətə məlumat veriləcək: “Bu barədə cinayət işi başlanmayıb. Bizə ağacların kəsilməsi barədə məlumat daxil olub. Biz də ağacların kimin kəsdiyini, necə kəsdiyini araşdırıq. Ona görə araşdırmalar bitmədən heç bir şey deyə bilmərəm”.

R. Xəlilov deyib ki, icra başçısının birinci müavini Ağaəli Əhmədov ağacların kəsildiyi əraziyə gedib: “İcra hakimiyyətinin bir neçə şöbəsində məsələni araşdırırlar. Araşdırmaların nəticəsi bu gün axşam, ya da sabah səhər bəlli ola bilər”.

Qeyd edək ki, dünən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonu ərazisində nadir ağacların kəsilməsinə kəskin reaksiya verib. Kütləvi informasiya vasitələrində Nəsimi rayonu, 20 Yanvar küçəsi, 22 nömrəli evin qarşısında 16 növdə nadir ağacların budama adı altında kəsilməsi barədə məlumat gedib.Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Fondun əməkdaşları Nəsimi rayonu 20 Yanvar küçəsində ağacların kəsildiyi ərazidə olublar. Qeyd olunan ünvanda ağacların kəsilməsi prosesi dayandırılıb.   

Rüfanə GÜNƏŞ

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu