Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sentyabr ayının ilk həftəsində qurultay keçirmək haqda qərarından sonra indiki rəhbər Kamal Kılıçdaroğlunun ilk rəqibi də ortaya çıxıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, CHP-nin qrup başqan vəkili Muharrem İncə Twitter hesabında yazıb: “Qurultayımızın tarixi dəqiqləşdi. Bu gün saat 13:00-da Türkiyə Böyük Millət Məclisində mətbuat konfransı təşkil edərək gözlənilən açıqlamanı edəcəyəm”.
Muharrem İncə prezidentlik seçkiləri ilə bağlı keçən həftə təşkil etdiyi mətbuat konfransında isə “Məncə, ortada bir məğlubiyyət var”, - deyərək sərt tənqidlər səsləndirmişdi. İncə CHP-nin lideri Kamal Kılıçdaroğluna qurultay çağırması ilə bağlı çağırış da etmişdi. Partiya içində qurultay səslərinin yüksəlməsinin ardından Kılıçdaroğlu “Onlar lazımi qədər imzanı yığa bilməzlər, amma narahat olmasınlar, mən qurultayı çağıracağam”, - demişdi. Avqustun 17-də isə CHP liderinin köməkçisi və partiyanın spikeri Haluk Koç CHP-də fövqəladə qurultayın sentyabrın 5-6-da keçiriləcəyini açıqlayıb.Modern.az