Modern.az

Çexiya şirkəti Dağlıq Qarabağda müasir kompleks inşa edəcək

Çexiya şirkəti Dağlıq Qarabağda müasir kompleks inşa edəcək

Təhsil

18 Avqust 2014, 13:37


Çexiyanın “Genoservis” şirkəti Dağlıq Qarabağda müasir maldarlıq kompleksi inşa edəcək. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, “Genoservis”in sahibi Lyumir Qrusman və şirkətin bir sıra mütəxəssisləri Dağlıq Qarabğda səfərdə olanda separatçı rejimin “baş naziri” Ara Arutunyanla bu barədə razılıq əldə ediblər.

Layihəyə əsasən maldarlıq kompleksi Ağdərənin işğal altındakı Talış kəndində inşa olunacaq. Ərazinin iqlimi, su resursları və otlaq sahələri bunun üçün münbit hesab olunur. İlkin mərhələdə burada 400 baş “Qolşteyn” cinsindən olan inək saxlanılacaq. İkinci mərhələdə isə “Genoservis” ərazidə süd istehsalı ilə məşğul olacaq sex tikəcək. Layihə bütünlüklə çex şirkətinin kapitalı hesabına gerçəkləşəcək.  

Qeyd edək ki, “Genoservis” şirkəti 2012-ci ildən Dağlıq Qarabağ”dakı separatçı rejimlə əməkdaşlıq edir.  

Vüqar İsmayılov   

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu