Modern.az

Ədəbi tənqidçi şair və yazıçılara daha bir irad tutdu - TƏKLİF

Ədəbi tənqidçi şair və yazıçılara daha bir irad tutdu - TƏKLİF

Təhsil

18 Avqust 2014, 15:01


Ədəbi tənqidçi, “Azərbaycan” jurnalının baş reaktor müavini  Əsəd Cahangir yazarların mütaliə seçiminə iradla yanaşıb. Modern.az xəbər verir ki, bu haqda özünün “feysbuk” səhifəsində yazan tənqidçi yazarların əsərlərində Gülbadamla Məmmədqulunun sevişməsindən başqa bir şey görmədiyini və bunu da birtərəfli mütaliə ilə əlaqələndirdiyini qeyd edib:

“Gəlin müzakirə edək: şair və yazıçıların ən böyük problemlərindən biri də budur ki, ancaq ədəbiyyat oxuyurlar. Məsələn, tutaq ki, din, yaxud fəlsəfə ilə o qədər də maraqlanmırlar. Bu da onların fikrinə bir məhdudiyyət gətirir. Onlarda Məmmədqulu ilə Gülbadamın sevişməsindən, ya da sevişməməsindən başqa bir şey tapa bilmirsən. Yəni əsər idraka qida vermir. Bu barədə nə fikirləşirsiniz?”  

Elmin Nuri

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu