Modern.az

Azərbaycanda cəmi 37 abituriyentin qəbul olduğu universitet hansıdır? – ÖZƏL

Azərbaycanda cəmi 37 abituriyentin qəbul olduğu universitet hansıdır? – ÖZƏL

Təhsil

18 Avqust 2014, 16:05

“Bakı İslam Universitetinə bu il 37 nəfər qəbul olub. Onlardan 28 nəfəri qeydiyyatdan keçib. 9 nəfəri hələ keçməyib”. Bunu Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, ali məktəblərə qəbul olanların qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçmələri üçün avqustun 22-ə qədər vaxt verilib. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri müvafiq təhsil müəssisəsinə göndərilməyəcək. 

Bununla bərabər, qeyd edilməlidir ki, Bakı İslam Universiteti Azərbaycanda ən az qəbul yeri olan ali təhsil müəssisəsidir.  

Misranə Həsənzadə      


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu