Modern.az

14 nəfər Bakı şəhərində məktəblərə direktor təyinatı alıb

14 nəfər Bakı şəhərində məktəblərə direktor təyinatı alıb

Təhsil

18 Avqust 2014, 16:15


“Nazirliyin ötən ilin noyabrında məktəb direktorları və idarəetmə bacarıqlarının artırılması təlimlərinə başlamışdı. Təlimdə iştirak etmək üçün 600-dən çox namizəd sənəd verib. Namizədlərdən 14-ü seçilib. Onlardan bəziləri konfransda iştirak edir. Bu təlimlər davam etdirləcək. Sentyabrın sonuna doğru yeni təlim başlanacaq.

Direktorlardan uğur sertifkatı alanların maaşlarında da artım olacaq. Bu il təlimlər yalnız Bakı şəhərində həyata keçirilib. Daha sonra coğrafiyanı genişləndiəcəyik”.

Modern.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirində Təhsil Nazirliyindən Emin Əmrullayev deyib. Tədbirdə direktor seçilənlərdən 3 nəfəri iştirak edib: Rəcəbova Günel bu gündən 60 nömrəli məktəbin direktoru, Zeynalova Səidə Texniki Humanitar Liseye direktor, Abdi Kərim İsmayılov 31 nömrəli məktəbin direktoru.

Həmçinin, Təhsil Nazirliyi “Ağsaqqallar Şurası” yaradır. Şuranın üzvləri ictimaiyyətdə önəmli rol oynayan şəxslər, təhsil ekspertləri, ziyalılar, pedaqoqlar olacaq və bu şura nəsilləri birləşdirən rabitə rolunu oynayacaq”.

Rüfanə GÜNƏŞ

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu