Modern.az

Bakıda küləkli hava davam edəcək, rayonlara yağış yağacaq

Bakıda küləkli hava davam edəcək, rayonlara yağış yağacaq

15 İyul 2010, 11:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 15-də havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti yarımadanın bəzi yerlərində arabir güclənəcək.
Havanın temperaturu gündüz 30-33 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti təşkil edəcək.

İyulun 16-da havanın dəyişkən buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin sürətinin yarımadanın bəzi yerlərində arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-25, gündüz 30-33 dərəcə isti olacaq.

İyulun 17-də dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Şimal küləyinin gecə və səhər güclənəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 22-25, gündüz 31-34 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

İyulun 15-də əsasən, gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gündüz 34-38, dağlarda isə 24-29 dərəcə isti olacaq.

İyulun 16-17-də havanın əsasən, yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin sürəti ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda isə gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI