Modern.az

“Cavad Heyətin vəsiyyətnaməsi köhnədir” - AÇIQLAMA

“Cavad Heyətin vəsiyyətnaməsi köhnədir” - AÇIQLAMA

Təhsil

18 Avqust 2014, 17:10


"Cavad Heyətin İran səfirliyində olan vəsiyyətnaməsi köhnədir. Bu vəsiyyətnamə üç il əvvəl doktor Heyət tərəfindən səfirliyə təqdim olunub".

Modern.az-ın məlumatına görə bunu APA-ya açıqlamasında mərhum professorun ailə dostu və köməkçisi olmuş Baxşəli Zülfi bildirib.  

Onun sözlərinə görə, səfirliyin açıqlamasında həqiqət var:

“Cavad Heyətin Tehranda dəfn olunmasını yazdığı vəsiyyətnamə var, amma o köhnədir. Mən bildiyimə görə, orda üç yer göstərilmişdi, amma sonradan o vəsiyyətnamə dəyişdirilib. Çox güman ki, səfirlik köhnə vəsiyyətnaməni əsas götürüb. Həm də mən bu barədə geniş danışmaq istəməzdim, o qədər geniş məlumata malik deyiləm. Mərhumun qardaşı Məhəmmədrza Heyət məsələ ilə bağlı açıqlama verəcək”.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu