Modern.az

Mikayıl Cabbarov Ağsaqqallar Şurasının əsasnaməsini hazırlatdırır

Mikayıl Cabbarov Ağsaqqallar Şurasının əsasnaməsini hazırlatdırır

Təhsil

18 Avqust 2014, 17:57


“Hazırda Təhsil Nazirliyi nəzdində ictimai əsaslarla fəaliyyət göstərəcək Ağsaqqallar Şurasının əsasnaməsi hazırlanır”. Bunu

Modern.az-a açıqlamasında Bakı Şəhər üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyeva deyib. Onun sözlərinə görə, əsasnamə hazırlanandan sonra şura üzvlərinin seçiminə başlanılacaq: “Şura üzvləri ictimaiyyətdə söz sahibi olanlar, təhsil ekspertləri, pedaqoqlar, ola bilsin ki, ali məktəb müəllimləri, 65 yaşdan sonra işinə davam edə bilməyən amma çox yaxşı fikirləri, ideyaları olan şəxslərdən seçiləcəklər.

Şura ictimai əsaslarla fəaliyyət göstərəcək və təhsillə bağlı hazırlanan layihərə münasibət bildirəcək, məsləhətlər verəcək”.

Rüfanə GÜNƏŞ  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu