Modern.az

Merkel: “Alman kəşfiyyatının Türkiyəni izləməsi barədə məlumat verə bilmərəm”

Merkel: “Alman kəşfiyyatının Türkiyəni izləməsi barədə məlumat verə bilmərəm”

Təhsil

18 Avqust 2014, 22:23


Latviyanın paytaxtı Riqada səfərdə olan Almaniya kansleri Angela Merkel ölkəsinin kəşfiyyatının Türkiyə dövlət rəsmilərini dinləməs iddiaları ilə bağlı suala qısa cavab verib.

Modern.az “Milliyet”ə istinadla xəbər verir ki, Angela Merkel  bildirib ki, Almaniyanın kəşfiyyat qurumu BND-nin işi ilə bağlı açıqlama vermək istəmir.

“Alman kəşfiyyatının fəaliyyəti ilə bağlı açıqlama verə bilmərəm”,-deyə Almaniya lideri söyləyib.  

Qeyd edək ki, Almaniyanın “Der Şpigel” nəşri alman kəşfiyyatının Türkiyə hökumətini 2009-cu ildən bəri izlədiyini və  dinlədiyini iddia edib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iddiaların doğru olacağı təqdirdə Almaniyanın rəsmi Ankaraya tutarlı izahat verməsi tələbi ilə çıxış edib.  

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu