ABŞ prezidenti Barak Obama kürdlərin və iraqlıların ABŞ-ın dəstəyi ilə İŞİD-ə böyük zərbələr endirdiyini açıqlayıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbəri ötən gün kürdlərdəən ibarət Peşmərgə silahlılarının Mosul bəndini ABŞ-ın dəstəyi ilə İŞİD-dən geri almasını təsdiqləyib. Onun sözlərinə görə bununla da İŞİD-ə qarşı mübarizədə mühüm irəliləyişə imza atıldı.
“Bu irəliyə doğru böyük bir addımdır”,-deyə ABŞ lideri söyləyib. B. Obama onu da bildirib ki, kürdlər və İraq qüüvvələri İŞİD-ə qarşı mübarizədə həmrəylik nümayiş etdirəcəksə, ABŞ onlara güclü dəstək verəcək.Modern.az